Medianews.az
Biləsuvarda yol qəzasında 4 nəfər xəsarət aldı
159 baxış

Biləsuvarda yol qəzasında 4 nəfər xəsarət aldı

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Medianews.az xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

İki minik minik avtomobilinin toqquşması nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan və Biləsuvar rayon xəstəxanalarına aparılıblar.

Hər iki avtomobil hadisə zamanı Astara istiqamətində hərəkətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun