Medianews.az
Bu avtomobil yolu
135 baxış

Bu avtomobil yolu ödənişli olacaq

Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq.

Medianews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib.

Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri:

  • başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri;
  • son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

  • ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan– Ağbənd avtomobil yolu;
  • ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;
  • ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;
  • ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).

Ödənişli avtomobil yolunun texniki göstəriciləri:

  • uzunluğu – 81,3 kilometr;
  • texniki dərəcəsi – I c;
  • hərəkət zolaqlarının sayı: 0–46-cı kilometr hissəsində – 6, 46–81,7-ci kilometr hissəsində – 4;
  • hərəkət zolağının eni – 3,5 metr;
  • yol çiyninin eni: 0–46-cı kilometr hissəsində – 2,5 metr, 46–81,7-ci kilometr hissəsində – 2 metr;
  • torpaq yatağının eni: 0–46-cı kilometr hissəsində – 29,5 metr, 46–81,7-ci kilometr hissəsində – 21,5 metr;
  • yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr;
  • ayırıcı zolağın eni – 2 metr.

Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri:

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu):

  • uzunluğu – 101 kilometr;
  • texniki dərəcəsi: 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II;
  • hərəkət zolaqlarının sayı – 2;
  • hərəkət zolağının eni – 3,5 metr;
  • yol çiyninin eni: 0–17-ci kilometr hissəsində – 1,5 metr, 17–101-ci kilometr hissəsində – 2,5 metr;
  • torpaq yatağının eni: 0–17-ci kilometr hissəsində – 12 metr, 17–101-ci kilometr hissəsində – 14 metr;
  • yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr.

    Qeyd edək ki, qərar aprelin 1-dən qüvvəyə minib.

Bizə qoşulun