Medianews.az
Bu qidalar qaraciyəri sıradan çıxarır -
89 baxış

Bu qidalar qaraciyəri sıradan çıxarır - xəbərdarlıq

Cərrah Qaret Morris Stiff qaraciyərə ciddi ziyan vuran məhsullardan danışıb.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, ultra-emal olunmuş qidalar orqanizm üçün böyük təhlükə yarada bilər.

Cərrah qaraciyəri qorumaq üçün rasiondan aşağıdakı məhsulları çıxarmağı tövsiyə edib:

  • Pestisidlərlə (kimyəvi dərmanlar) emal olunmuş meyvə və tərəvəzlər;
  • Tərkibində hormon və antibiotik olan heyvan ətləri;
  • Sənaye üsulu ilə hazırlanan şirələr və konfetlər.

Həkim süni dadlandırıcıları olan dietik içkilərdən də uzaq durmağı məsləhət görüb. Qaraciyərin bu maddələri parçalamaq üçün təbii mexanizmi olmadığı üçün həmin içkilər orqanı həddindən artıq yükləyir.

Medianews.az

Bizə qoşulun