Medianews.az
Bu qurumlar
65 baxış

Bu qurumlar BİRLƏŞDİRİLDİ

Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib.

Medianews.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Bildirilib ki, bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək.

Dispanser işçilərin bir hissəsi artıq Gəncə Psixatriya Xəstəxanasına yerləşdirilib.

Məlumat üçün bildirək ki, sözügedən quruma bu günlərdə yeni baş həkim də təyin olunub.

Bizə qoşulun