Medianews.az
Çarpayı örtükləri neçə dərəcədə yuyulmalıdır? -
86 baxış

Çarpayı örtükləri neçə dərəcədə yuyulmalıdır? - Mütəxəssisdən xəbərdarlıq

Mütəxəssislər yaz mövsümündə artan allergik problemlərə görə yataq gigiyenasına xüsusi diqqət yetirilməli olduğunu bildirir.

Medianews.az xəbər verir ki, yuxu mütəxəssisi Endryu Sidin sözlərinə görə, çarpayı örtüklərinin 40 dərəcədə yuyulması bakteriya, toz gənələri və polenlərin tam təmizlənməsi üçün kifayət deyil.

O qeyd edib ki, yataq dəstləri ən azı 60 dərəcədə yuyulmalıdır. Bu temperatur mikrobların və allergenlərin effektiv şəkildə məhv olunmasına kömək edir. Mütəxəssis örtüklərin iki həftədən bir yuyulmasını, allergiyası olan şəxslərdə isə bu müddətin daha qısa olmasını tövsiyə edib.

Həmçinin vurğulanır ki, yorganlar da mütəmadi olaraq təmizlənməlidir, lakin əvvəlcə onların maşında yuyulmağa uyğun olub-olmadığı yoxlanmalıdır.

Mütəxəssislər bildirir ki, yataq gigiyenası keyfiyyətli yuxu üçün əsas amillərdən biridir.

Medianews.az

Bizə qoşulun