"Araz-Naxçıvan" PFK baş məşqçi vəzifəsinə təyinat həyata keçirib.
Medianews.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, komandanın yeni baş məşqçisi vəzifəsinə Cavid Hüseynov təyin olunub. Tərəflər arasında bir illik müqavilə imzalanıb.
Futbolçu karyerası ərzində "Turan", MOİK, "Olimpik", "İnter", "Neftçi", "Bakı", "Qəbələ", "Zirə" və Türkiyənin "Adana Demirspor" klublarında çıxış edən Cavid Hüseynov, həmçinin Azərbaycanın U-19, U-21 və əsas milli komandalarının formasını geyinib.
Məşqçilik fəaliyyətinə "Şamaxı" klubunda başlayan 38 yaşlı mütəxəssis daha sonra "Cəbrayıl" və "Turan Tovuz" komandalarında çalışıb. O, bir müddət "Səbail" klubunun da baş məşqçisi olub.