Medianews.az
Çin ordusu İrandakı müharibədən beş dərs çıxarıb
172 baxış

Çin ordusu İrandakı müharibədən beş dərs çıxarıb

Çin ordusunun (Çin Xalq Azadlıq Ordusu) “X” şəbəkəsindəki hesabında maraqlı paylaşım edilib.

Medianews.az-ın məlumatına görə, paylaşımda Çin və ingilis dillərində beş tezis vurğulanıb:

  • Ən böyük təhlükə - daxili düşməndir.
  • Ən baha başa gələn yanlışlıq - sülhə kor-koranə inanmaqdır.
  • Ən acı reallıq - atəş açmaq gücü kimdədirsə üstünlüyün də onda olması məntiqidir.
  • Ən amansız təzad - qələbə illüziyasıdır.
  • Ən etibarlı dayaq - özünə güvənməkdir.

Konkret ad çəkilməsə də, paylaşımın ABŞ və İsrailin İranla apardığı müharibə ilə əlaqəli olduğu şübhə doğurmur. Faktiki olaraq bu paylaşım “Çin ordusunun İrandakı müharibədən çıxardığı beş dərs” anlamına gəlir. Təsadüfi deyil ki, ABŞ-nin CNN kanalının internet səhifəsində bu haqda xəbərə “Çin ordusu ABŞ və İsrailin zərbələrindən beş ibrət çıxdığını bəyan edir” başlığı qoyulub.

Medianews.az

Bizə qoşulun