Medianews.az
Davamlı halsızlıq təhlükə siqnalı ola bilər –
138 baxış

Davamlı halsızlıq təhlükə siqnalı ola bilər – Enerjinizi artırmağın 5 yolu

Günə yorğun başlayır, günorta saatlarında enerjinizin sürətlə azaldığını hiss edirsinizsə, bunu adi yorğunluq kimi qiymətləndirməyin.

Medianews.az xəbər verir ki, davamlı halsızlıq ciddi sağlamlıq problemlərinin erkən əlaməti ola bilər.

Daxili xəstəliklər üzrə mütəxəssisi Dos. Dr. Rıdvan Sivritepe bildirir ki, halsızlıq təkbaşına xəstəlik deyil, lakin anemiya, qalxanabənzər vəz pozuntuları, şəkərli diabet, vitamin-mineral çatışmazlığı və xroniki infeksiyaların ilk əlaməti ola bilər. Onun sözlərinə görə, uzunmüddətli yorğunluq mütləq tibbi müayinədən keçirilməlidir.

Həkim enerjini artırmaq üçün 5 əsas tövsiyə verir:

1. Qan analizlərini yoxladın

Dəmir, B12 və D vitamini çatışmazlığı halsızlığın ən çox rast gəlinən və müalicə oluna bilən səbəbləridir. Qida əlavələri yalnız analiz nəticələrinə əsasən qəbul edilməlidir.

2. Yuxu rejimini tənzimləyin

Gec saatlara qədər ekran qarşısında qalmaq və nizamsız yuxu günboyu yorğunluğa səbəb olur. Hər gün eyni saatda yatıb-oyanmaq bioloji ritmi bərpa edir.

3. Balanslı qidalanın

Sadə karbohidratlarla zəngin qidalar enerjinin tez düşməsinə yol açır. Zülal, lif və faydalı yağlarla zəngin rasion isə enerji səviyyəsini sabit saxlayır.

4. Hərəkətsiz qalmayın

Yüngül və müntəzəm fiziki aktivlik enerji istehsalını artırır. Həftədə ən azı 3 dəfə sürətli gəzinti belə müsbət təsir göstərir.

5. Səbəbi araşdırın

Halsızlıq davamlıdırsa, özbaşına vitamin qəbul etmək əvəzinə həkimə müraciət etmək vacibdir. Müalicə fərdi şəkildə planlaşdırılmalıdır.

Mütəxəssislər vurğulayır ki, orqanizmin siqnallarını vaxtında qiymətləndirmək sağlam həyatın əsas şərtidir.

Medianews.az

Bizə qoşulun