Müğənni qızı Qumral valideynləri - Təranə Qumral və Musa Musayev arasında illər əvvəl yaşanan maraqlı bir hadisəni açıqlayıb.
Cütlük arasında meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı söz-söhbət yaşanıb.
Qumral bildirib ki, həmin vaxt Namiq Qaraçuxurlunun "Rəvayət" mahnısı çıxmışdı və mahnı böyük maraq doğurmuşdu:
"Namiq Qaraçuxurluya görə arada söz-sohbət olmuşdu. Onun 'Rəvayət' mahnısı çıxmışdı. Bir gün mətbəxdə anam həsrətlə gəlib klipə baxdı. Özünün də, meyxanasının fanatı kimi olmuşdu, hər dəfə izləyirdi. Musa bəy bir dəfə gəlib görəndə əsəbiləşdi. Dedi ki, başa düşmürəm niyə ona baxırsan, ondan xoşun gəlir?".
Açıqlama sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilərin bir qismi bunu sevgi və qısqanclığın təbii təzahürü kimi qiymətləndirib, digərləri isə sənət adamlarının belə mövzularla gündəmə gəlməsini müzakirə edib.
Mövzu yenidən sənət aləmində qısqanclıq və ailə münasibətləri barədə diskussiyalara səbəb olub.