Medianews.az
DİN məlumat yaydı -
112 baxış

DİN məlumat yaydı - Şagird müəllimi belə güllələyib

Daxili İşlər Nazirliyi "İdrak" liseyində şagirdin müəllimi güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Medianews.az-a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun