Medianews.az
İdrak Liseyi haqqında -
282 baxış

İdrak Liseyi haqqında - Nə vaxt, kim, harada yaradıb?

Xəbər verdiyimiz kimi, bu gün səhər Bakıda yerləşən İdrak Liseyinin qarşısında silahlı insident baş verib.

Medianews.az bildirir ki, İdrak Liseyi Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərən özəl təhsil müəssisəsidir.

Liseyi pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov ilk dəfə 2008-ci ildə Sumqayıt şəhərində yaradıb.

2014-cü ildə isə liseyin Bakı filialı fəaliyyətə başlayıb.

İdrak Liseyinin paytaxtdakı binası Binəqədi rayonu ərazisində, Ziya Bünyadov küçəsində yerləşir.

İdrak Liseyində ümumi orta məktəb təhsili 3 pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Eyni zamanda liseydə məktəbəqədər təhsil tədris olunur. Liseydə tədris 3 dildə - Azərbaycan, rus, ingilis (İB-Beynəlxalq Bakalavr) proqramı ilə təşkil olunur.

Liseyin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, lisey fasiləsiz olaraq mühafizə işinin təşkili ilə əlaqədar olan şirkət əməkdaşları tərəfindən mühafizə olunur, kənar şəxslərin binaya girişi qadağandır.

Medianews.az

Bizə qoşulun