İsraildə 34 yaşlı bəyin öz toyunda ürəyi dayanıb.
Medianews.az xəbər verir ki, qonaqlardan biri onun həyatını xilas edib.
Bəy qəfil yerə yıxılıb. Paramedik olan bir şəxs dərhal təcili yardım çağırıb və bəyi özünə gətirməyə çalışıb. Cəld reaksiya və əlaqələndirilmiş hərəkətlər sayəsində o, bəyin həyatını xilas etmiş olub.
Bəy hazırda xəstəxanadadır. Vəziyyəti ağır, lakin stabil hesab olunur.
Medianews.az