Yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Medianews.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 0,9 faiz azalma, qeyri-neft/qaz sektorunda 0,7 faiz artım qeydə alınıb.
Sərmayə qoyuluşunda artım 2,6 faiz, sənaye istehsalında 0,3 faiz göstərilir.
Başqa bir rəsmi açıqlamaya əsasən, pərakəndə ticarət şəbəkəsində 11,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb, alınan mallara xərclənən vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
İstehlak qiymətlərinin 2025-ci ilin yanvar-aprel aylarına nisbətən 5,6 faiz yüksəldiyi, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının 6,7 faiz, qeyri-qida məhsullarının 3,7 faiz, ödənişli xidmətlərin 5,7 faiz bahalaşdığı xəbər verilir.