Medianews.az
DTX məlumat yaydı -
85 baxış

DTX məlumat yaydı - VİDEO

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.

Medianews.az  xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmişlər.

Abidənin önünə gül dəstələri qoyulmuş, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Bizə qoşulun