Medianews.az
İddia: “Putin sarayı”nın tikintisindən qalan milyardlar Kabayevanın fondlarına ianə edilib
136 baxış

İddia: “Putin sarayı”nın tikintisindən qalan milyardlar Kabayevanın fondlarına ianə edilib

Rusiyanın Krasnodar diyarında yerləşən və xalq arasında “Putinin sarayı” kimi tanınan kompleksin inşaatı ilə bağlı yeni iddialar üzə çıxıb.

Medianews.az bildirir ki, “Putinin sarayı” Qara dəniz sahilində, kurort şəhəri olan Gəlinciyin ərazisində yerləşir.

2024-cü ildə Rusiyada həbsdə zəhərlənmədən dünyasını dəyişmiş müxalif siyasətçi Aleksey Navalnının tərəfdarlarından ibarət qrupun apardığı, nəticələri 2026-cı ilin fevralında ictimaiyyətə açıqlanan araşdırmada iddia olunur ki, “Putinin sarayı”nın tikintisi üçün büdcə əsasən kreditlər yolu formalaşıb.

Araşdırmada vurğulanır ki, tikinti 2023-cü ildə başa çatandan sonra büdcədə 6,5 milyard rubl vəsait qalıb. Həmin vəsait isə gimnast Alina Kabayevanın fondlarına ianə edilib. Fondlardan birinin hesabına 3 milyard, digərinin hesabına 3,5 milyard rubl köçürülüb.

Araşdırma müəllifləri onu da iddia edirlər ki, Alina Kabayevanın fondlarına köçürülən vəsaitin əsas hissəsi depozit hesablarına yerləşdirilib. Yəni həmin vəsaitlərdən iri həcmdə faiz gəliri əldə olunur.

İddialara görə, Alina Kabayeva Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətdədir və Putinin kiçik uşaqlarının anasıdır.

Medianews.az

Bizə qoşulun