Ölkəmizin ən qədim ali məktəblərindən biri də Azərbaycan Dövlət İqtisad Universitetidir. 96 yaşlı bu qədim təhsil ocağının məzunları müstəqil dövlətimizin möhkəmlənməsində və tərəqqisində yaxından iştirak edirlər.
Ümumilli Lider Heydər Əliyevin adı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarının siyahısına qızıl hərflərlə həkk olunub. Ulu Öndər bu nüfuzlu təhsil müəssisəsindən 1957-ci ildə məzun olub. Hazırda hökümət üzvləri arasında, icra orqanlarında, parlamentdə və digər strateji müəssisə və təşkilatlarda Azərbaycan Dövlət İqtisad Universitetinin çoxlu sayda məzunu təmsil olunur. Həmin şəxslərin bəzilərinin adlarını təqdim edirik:
Şahin Mustafayev, Azərbaycan Respublikasının Baş nazirinin müavini

Kərəm Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Natiq Əmirov, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi

Ramin Quluzadə, Azərbaycan Respublikası Prezidentinin İşlər Müdiri

Muxtar Babayev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi

Mikayıl Cabbarov, İqtisadiyyat naziri

Ceyhun Bayramov, Xarici işlər naziri

Məcnun Məmmədov, Kənd təsərüffatı naziri

Fərid Qayıbov, Gənclər və idman naziri
Rövşən Nəcəf, Dövlət Neft Şirkətinin prezidenti
Vüsal Hüseynov, Dövlət Miqrasiya Xidmətinin rəisi
Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri
Əfqan Cəlilov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri
Qeyd edək ki, Milli Məclisin 10-a yaxın deputatı, 2 icra başçısı, 3 rektor, bir neçə bank müdiri və şirkət direktoru da Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur./Metbuat.az