Fransada Konqo Demokratik Respublikasından qayıdan həkimdə ilk Ebola qızdırmasına yoluxma halı qeydə alınıb.
Bu barədə BFMTV nəşri məlumat yayıb.
"Baş nazir vəziyyəti çox diqqətlə izləyir", - deyə Matinyon sarayından bildirilib.
Xatırladaq ki, bu xəstəlik Afrika ölkələrində yayılıb. Qeyd etmək lazımdır ki, infeksiya uzun illərdir mövcuddur və hazırda həkimlər xəstələrin vəziyyətini yüngülləşdirməyi bacarsalar da, virus hələ də yer üzündəki ən təhlükəli xəstəliklərdən biri hesab olunur.//Oxu.Az