Medianews.az
Ukrayna vətəndaşları İrandan geri gətirildi -
170 baxış

Ukrayna vətəndaşları İrandan geri gətirildi - 4 dənizçi azad edilib

Ukraynanın saxlanılan dörd dənizçisi ölkəyə qaytarılıb

Ukrayna Xarici İşlər Nazirliyi İran ərazisində saxlanılan dörd ukraynalı dənizçinin ölkəyə geri qaytarıldığını açıqlayıb.

Məlumata görə, bu ilin aprel ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir neçə gəmini və onların heyət üzvlərini saxlamışdı. Saxlanılanlar arasında "Epimonidas" konteyner gəmisində olan dörd Ukrayna vətəndaşı da yer alıb.

XİN sözçüsü Georgi Tixiy bildirib ki, Ukrayna tərəfi bu müddət ərzində aidiyyəti qurumlarla fəal iş aparıb və nəticədə dörd vətəndaşın azad olunmasına nail olunub.

Onun sözlərinə görə, ukraynalı dənizçilər artıq İran ərazisini tərk edərək təhlükəsiz şəkildə ailələrinin yanına qayıdıblar.

Bizə qoşulun