Medianews.az
Efiopiyada avtobus dərəyə yuvarlandı:
279 baxış

Efiopiyada avtobus dərəyə yuvarlandı: Azı 28 nəfər öldü

Efiopiyanın Amhara bölgəsində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı 28 nəfər həyatını itirib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Yerli polisdən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi avtobus Desse şəhərindən ölkənin paytaxtı Əddis-Əbəbə istiqamətində hərəkətdə olarkən baş verib.

Qeyd olunur ki, Efiopiyada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir. Mütəxəssislər bunu sürücülərin peşəkarlıq səviyyəsinin aşağı olması və nəqliyyat vasitələrinin texniki vəziyyətinin tələblərə cavab verməməsi ilə əlaqələndirirlər.//Oxu.Az

Bizə qoşulun