2026-cı ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 5,3 milyard manatlıq dövriyyə qeydə alınıb.
Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 49,1 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 14,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə başqa qeyri-ərzaq mallarının payına düşüb.
Hesabata görə, pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri 278,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 237,1 manatlıq qeyri-ərzaq malları alıb.