Medianews.az
Ən çox qazanan kontent yaradıcıları açıqlandı –
214 baxış

Ən çox qazanan kontent yaradıcıları açıqlandı – SİYAHI

Forbes jurnalı 2026-cı il üzrə dünyanın ən çox qazanan kontent yaradıcılarının reytinqini açıqlayıb. Siyahı sosial media sənayesinin milyardlarla dollarlıq iqtisadi gücünü bir daha nümayiş etdirib.

Medianews.az xəbər verir ki, reytinqdə yer alan ilk 50 kontent yaradıcısının illik ümumi gəliri rekord həddə – 1,02 milyard dollara çatıb.

Siyahının ilk pilləsində MisterBist (MrBeast) kimi tanınan Cimmi Donaldson qərarlaşıb. O, illik 300 milyon dollar gəlirlə dünyanın ən çox qazanan kontent yaradıcısı seçilib. Donaldsonun qurduğu media şirkəti artıq kontent istehsalı ilə yanaşı istehlak məhsulları və texnologiya sahələrini də əhatə edən geniş biznes ekosisteminə çevrilib.

İkinci yerdə motivasiya mövzulu videoları ilə tanınan Dar Mann (65 milyon dollar), üçüncü pillədə isə podkastları və biznes fəaliyyəti ilə tanınan Stiven Bartlett (52 milyon dollar) qərarlaşıb.

Dördüncü sırada Markiplayer (Markiplier) (38 milyon dollar), beşinci pillədə isə uzun illərdir YouTube-da fəaliyyət göstərən Ret və Link (Rhett & Link) dueti (37 milyon dollar) yer alıb.

Altıncı yerdə investisiya və biznes mövzusunda hazırladığı məzmunlarla tanınan Kodi Sançes (31 milyon dollar), yeddinci pillədə oyun yayımları ilə məşhurlaşan AyŞouSpid (IShowSpeed) (30 milyon dollar), səkkizinci yerdə keçmiş NASA mühəndisi Mark Rober (30 milyon dollar) qərarlaşıb.

İlk onluğu komediya məzmunları ilə tanınan Draski (20 milyon dollar) və rəqəmsal məzmun istehsalı ilə yanaşı moda sahəsində də fəaliyyət göstərən Çarli D'Amelio (18 milyon dollar) tamamlayıb.

Forbes-in 2026-cı il üzrə ən çox qazanan 10 kontent yaradıcısı:

  1. MisterBist (MrBeast) – 300 milyon dollar
  2. Dar Mann – 65 milyon dollar
  3. Stiven Bartlett – 52 milyon dollar
  4. Markiplayer (Markiplier) – 38 milyon dollar
  5. Ret və Link (Rhett & Link) – 37 milyon dollar
  6. Kodi Sançes – 31 milyon dollar
  7. AyŞouSpid (IShowSpeed) – 30 milyon dollar
  8. Mark Rober – 30 milyon dollar
  9. Draski – 20 milyon dollar
  10. Çarli D'Amelio – 18 milyon dollar

Medianews.az

 

Bizə qoşulun