Medianews.az
Ərdoğan: İsrail razılaşmanı
117 baxış

Ərdoğan: İsrail razılaşmanı pozmağa çalışır

Terroru və işğalı dövlət siyasətinə çevirən İsrail böyük səylərlə əldə olunmuş razılaşmanı pozmaq üçün son 10 gündür əlindən gələni edir.

Medianews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.

“Əgər bölgəmizə sülh gələcəksə, bu, İsrailə baxmayaraq gələcək. Həmçinin, İsrailin təxribatlarına rəğmən bölgəmizdə sabitlik və əmin-amanlıq olacaq.

Türkiyə olaraq sülh üçün iynə ucu qədər də olsa bir imkan varsa, onun dəyərləndirilməsi naminə üzərimizə düşəni edəcəyik.

Qarşıdakı dövrdə İran böhranının davamlı və qalıcı həllinə yönəlmiş səylərə hər cür dəstək verməyi davam etdirəcəyik”, - Ərdoğan bildirib.\Axar.az

Bizə qoşulun