Medianews.az
Əsl soyadı bilinməyən general –
165 baxış

Əsl soyadı bilinməyən general – SEPAH-ın Kəşfiyyat Xidmətinin rəhbəri postuna necə gəlmişdi?

İran İslam Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Xidmətinin rəhbəri general Məcid Xademi öldürülüb.

Aprelin 6-da açıqlanan məlumata əsasən, Məcid Xademi İsrailin endirdiyi hava zərbəsi zamanı həlak olub.

Medianews.az bildirir ki, Məcid Xademi 2018-2022-ci illərdə İran Müdafiə Nazirliyinin informasiya mühafizəsi qurumuna rəhbərlik edib.

Daha sonra o, SEPAH-ın informasiya mühafizəsi qurumunun rəhbəri olub.

2025-ci ilin yayında isə SEPAH-ın Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə gətirilib.

Bəzi mənbələrdə onun soyadı Hüseyni kimi də yazılır. Lakin rəsmi məlumatlarda əsasən Xademi soyadından istifadə olunur. Generalın əsl soyadının necə olduğu ictimaiyyətə dəqiq bəlli deyil.

Məcid Xademi SEPAH-ın Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə ölkənin ali rəhbəri Əli Xameneinin qərarı ilə təyin olunmuşdu. Bu vəzifədə o, 2025-ci ilin iyununda İsraillə 12 günlük müharibədə həlak olan Məhəmməd Kazemini əvəz etmişdi.

2026-cı il fevralın 28-dən İsrail və ABŞ İrana qarşı yeni müharibəyə başlayıb. Müharibənin ilk günündə Əli Xamenei də öldürülüb. Az sonra onun oğlu Müctəba Xamenei ölkənin ali rəhbəri seçilib.

Medianews.az

Bizə qoşulun