Medianews.az
Fənərbağça 7 futbolçu ilə yollarını ayırdı
228 baxış

Fənərbağça 7 futbolçu ilə yollarını ayırdı

Türkiyənin qadın futbol üzrə çempionu olan Fenerbahçe yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklərə başlayıb.

Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisi 7 futbolçu ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Klubun yaydığı məlumata əsasən, yeni mövsüm planlaması çərçivəsində Zoe Van Eynde, Elena Santos, Göknur Güleryüz, Maria Paula Salas, Mariam Diakite, Karyna Alkhovik və Olga Massombo ilə əməkdaşlığa son verilib.

Klub açıqlamasında futbolçulara komandaya verdikləri töhfələrə görə təşəkkür edərək, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Fenerbahçe ötən mövsüm Turkcell Qadın Futbol Super Liqasının qalibi olub və yeni mövsümdə də çempionluq uğrunda mübarizə aparmağı hədəfləyir.

Bizə qoşulun