Medianews.az
FIFA DÇ-2026-da vuvuzelalardan istifadəni
210 baxış

FIFA DÇ-2026-da vuvuzelalardan istifadəni qadağan etdi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının (DÇ-2026) matçlarında vuvuzelaların istifadəsini qadağan edib.

Bu barədə "Sportsnet" telekanalı məlumat yayıb.

Məlumatla görə, vuvuzelalardan başqa qadağa fitlərə, buynuzlara və yüksək səs çıxaran digər əşyalara da şamil ediləcək.

Qeyd olunur ki, 12 sm-dən böyük musiqi alətlərinin stadionlara gətirilməsi turnirin təşkilatçıları ilə əvvəlcədən yazılı razılaşma tələb edəcək.

Vuvuzela 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında böyük populyarlıq qazanan uzun, trubaya bənzər bir musiqi alətidir. Yüksək və monoton səsinə görə vuvuzelalardan istifadə dünyanın bir çox idman tədbirlərində qadağan edilib.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Yarışda ilk dəfə 48 komanda iştirak edəcək.//Oxu.Az 

Bizə qoşulun