Medianews.az
General Müşfiq Məmmədovun işdən çıxarılmasının səbəbi
147 baxış

General Müşfiq Məmmədovun işdən çıxarılmasının səbəbi MƏLUM OLDU

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

“Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb”, - sorğuya cavabda qeyd olunub.

Qeyd edək ki, M.Məmmədovun işdən çıxarılması ilə bağlı ilk xəbəri "Qafqazinfo" yayıb.

Bizə qoşulun