Medianews.az
Gürcüstanın sabiq müdafiə naziri
76 baxış

Gürcüstanın sabiq müdafiə naziri saxlanıldı

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya oktyabrın 4-də Tbilisidə zorakı etiraz aksiyası təşkil etdiyinə görə saxlanılıb.

Medianews.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

İş üzrə onun həyat yoldaşı Anna Nadareişvili də saxlanılsa da, hazırkı mərhələdə o, sərbəst buraxılıb.

"Hakimin qərarı əsasında əldə edilmiş məlumatların emalı nəticəsində müəyyən edilib ki, oktyabrın 4-də baş vermiş cinayət hadisələri zamanı Axalaya internet tətbiqi vasitəsilə bu hadisələrə rəhbərlik edib və əsas təşkilatçı olub. O, həmçinin mobil tətbiqlər vasitəsilə iş üzrə əvvəllər saxlanılmış Burçuladze, Zodelava, Nadiradze, Mancqaladze və Beridze ilə dəfələrlə ünsiyyətdə olub. Təqsirləndirilən şəxslər etiraz aksiyasının keçirilməsi planını müzakirə ediblər" - deyə DTX-nin məlumatında qeyd edilir.

Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 5-də Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzeni hakimiyyətin zorakılıqla dəyişdirilməsinə çağırış ittihamı ilə həbs edib.

Bizə qoşulun