Medianews.az xəbər verir ki, terror aktına çağırış edən erməni ekstremist Rusiyanın İvanovo vilayəti ərazisində saxlanılıb.
Məlumata görə, saxlanılan şəxs sosial şəbəkələr və digər onlayn platformalar vasitəsilə terrorçuluğu açıq şəkildə təbliğ edib və zorakılıq aktlarına çağırışlar səsləndirib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində onun fəaliyyəti ifşa olunub və barəsində cinayət işi başlanıb.
Rəsmi açıqlamada bildirilir ki, təqsirləndirilən şəxs terrorizmi açıq şəkildə əsaslandırmaqda ittiham olunur. Rusiya qanunvericiliyinə əsasən, bu maddə üzrə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda istintaq tədbirləri davam etdirilir.