Medianews.az
Hindistanda attraksion çökdü:
74 baxış

Hindistanda attraksion çökdü: Yaralılar var

Hindistanda insanların olduğu yelləncək tipli attraksion çöküb. Nəticəsində 5 nəfər xəsarət alıb.

Medianews.az xəbər verir ki, hadisə Kerala ştatındakı əyləncə parklarından birində, attraksion işlək vəziyyətdə olarkən baş verib.

İlkin məlumata görə, metal konstruksiya qaynaq hissələrindən qırılaraq yerə düşüb. Yaralananlar arasında 14 və 16 yaşlı iki yeniyetmə, həmçinin üç böyüklər var.

Zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib, digərlərinin vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı polis araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları attraksionun mütəmadi texniki baxışdan keçirilib-keçirilmədiyini araşdırır. Təhlükəsizlik qaydalarının pozulması və ya səhlənkarlıq təsdiqlənərsə, park rəhbərliyi məsuliyyətə cəlb oluna bilər.

Medianews.az

Bizə qoşulun