Dünyada pasportların üz qabığı üçün vahid rəng standartı mövcud deyil.
Medianews.az xəbər verir ki, hər bir ölkə pasportun rəngini öz tarixi, mədəni və siyasi xüsusiyyətlərinə uyğun olaraq müəyyənləşdirir.
Bordo rəngli pasportlar əsasən Avropa ölkələrində yayılıb və Avropa inteqrasiyasının simvolu hesab olunur. Mavi pasportlar daha çox Amerika qitəsində və Okeaniya ölkələrində istifadə edilir və "Yeni Dünya" anlayışı ilə əlaqələndirilir.
Yaşıl rəng xüsusilə müsəlman ölkələrində geniş yayılıb. İslam ənənəsində yaşıl rəng həyat, rifah və cənnəti simvolizə edir. Buna görə də bir çox müsəlman dövlətlərinin pasportları yaşıl rəngdə hazırlanır.
Qara pasportlar isə ən nadir növlərdən sayılır. Məsələn, Yeni Zelandiya bu rəngi ölkənin milli simvolları ilə əlaqələndirir.
Bundan əlavə, bir çox ölkələrdə diplomatik, xidməti və müvəqqəti pasportlar adi vətəndaş pasportlarından fərqli rəngdə olur. Bu isə sənəd növünün və sahibinin statusunun daha asan müəyyən edilməsinə kömək edir.
Medianews.az