Medianews.az
Məşhur realiti-şou iştirakçısının
77 baxış

Məşhur realiti-şou iştirakçısının meyiti tapıldı

ABŞ-nin məşhur “Alaskan Bush People" realiti-şousunun keçmiş iştirakçısı Metta Braunun çayda meyiti tapılıb.

Medianews.az xəbər verir ki, hadisə Vaşinqton ştatında baş verib.

Məlumata görə, şahidlərdən biri onu dayaz suda oturduğunu, daha sonra isə axının onu apardığını görüb və polisə məlumat verib. Bundan sonra axtarış-xilasetmə əməliyyatı başladılıb.

Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Bu məsələ ilə bağlı məhkəmə-tibbi ekspertizası araşdırma aparır.

Yerli media onun keçmişdə alkoqol və narkotik asılılığı ilə mübarizə apardığını, həmçinin son dövrlərdə şəxsi həyatı ilə bağlı çətinliklər yaşadığını bildirib.

Medianews.az

Bizə qoşulun