Rusiyanın “Rostov” klubunun yarımmüdafiəçisi Məhəmməd Möhibi 2026-cı il dünya çempionatında tarixi uğura imza atıb.
Medianews.az xəbər verir ki, İran millisinin üzvü Yeni Zelandiya ilə qrup mərhələsinin ilk tur oyununda (2:2) fərqlənib.
27 yaşlı vinger matçın 64-cü dəqiqəsində vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.
Statistik məlumatlara görə, Möhibi dünya çempionatlarında qol vuran ilk “Rostov” futbolçusu kimi klubun tarixinə düşüb.
Bundan əlavə, o, 2018-ci ildən bəri dünya çempionatında qol vuran ilk Rusiya Premyer Liqası legioneri olub.
İran millisi qrup mərhələsinin ikinci turunda iyunun 21-də Belçika ilə qarşılaşacaq.
Medianews.az