Medianews.az
İran müharibəsi köçəri quşlara da zərər vurur
123 baxış

İran müharibəsi köçəri quşlara da zərər vurur

ABŞ və İsrailin İranla apardığı müharibə köçəri quşlara da zərər vurur.

Medianews.az-ın məlumatına görə, Qətər Universitetinin ətraf mühit üzrə alimi Möhsün Yafinin iddialarına görə, cənubda qışlayan və yaz aylarında şimala qayıdan köçəri quşların populyasiyası ciddi risk altındadır. Çünki onlar yüzlərlə hərbi təyyarənin və raketlərin uçuşduğu Fars körfəzi və İran hava sahəsindən keçərək öz ənənəvi “yaylaqlarına” qayıdır.

Möhsün Yafi deyib ki, köçəri quşların İran hava məkanından keçərək ənənəvi marşrutlarla vətənlərinə qayıda bilməməsi ehtimalı var: “Onların miqrasiya marşrutlarını dəyişdirməsi də ölümcül ola bilər - marşrutun uzanması səbəbindən yorulub köçü tamamlamaya bilərlər və bu problem quşların populyasiyasının azalması təhdidini də ortaya çıxarır”.

Medianews.az

Bizə qoşulun