Türkiyəli ifaçı İrem Derici nişanlısı Melih Kunukcu ilə yollarını ayırıb.
Medianews.az bildirir ki, sənətçi sosial şəbəkə hesabından nişanlısı ilə olan paylaşımları silib və onu izləmə siyahısından çıxarıb. Ayrılığın səbəbi barədə isə hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, cütlük təxminən bir il yarımdır münasibətdə idi və yaxın zamanda nişanlandıqlarını elan etmişdilər.