Medianews.az
Tədbirləri necə maraqlı keçirilməliyik ki,
121 baxış

Tədbirləri necə maraqlı keçirilməliyik ki, insanlar yuxulamasın?

Tədbir planlamasında iştirakçıların diqqətini qorumaq və onları yorulmadan saxlamaq üçün müəyyən prinsiplərə əməl etmək vacibdir.

Medianews.az bildirir ki, seminar, panel və mühazirə kimi tədbirlər üçün optimal müddət 90–120 dəqiqədir. Daha uzun proqramlarda isə hər 45–60 dəqiqədən sonra qısa fasilə (5–10 dəqiqə) vermək tövsiyə olunur.

Tədbirlərdə yalnız nitqlərlə kifayətlənmək olmaz. Sual-cavab sessiyaları, qrup fəaliyyətləri, interaktiv diskussiyalar və vizual materiallardan istifadə iştirakçıların diqqətini artırır və zehni yorğunluğu azaldır.

Mütəxəssislər bildirirlər ki, fasilələr zamanı iştirakçılar ayağa qalxaraq, su içərək və bir neçə dəqiqə istirahət edərək enerjilərini bərpa edə bilərlər.

Səhər saatları (10:00–12:00) və günortadan sonra (14:00–16:00) tədbir başlamaq ən optimal vaxt hesab olunur.

Bizə qoşulun