İsrail ordusu İrana qarşı hərbi əməliyyatları azı daha üç həftə davam etdirməyi planlaşdırır. Medianews.az xəbər verir ki, bunu CNN telekanalına İsrail Müdafiə Qüvvələrinin sözçüsü general Efi Defrin deyib.
O bildirib ki, İsrail ordusunun qarşısında hələ minlərlə hədəf var. Defrinin sözlərinə görə, əməliyyat planı ən azı yəhudilərin Pesax bayramına qədər – təxminən üç həftəlik dövrü əhatə edir və bundan sonrakı mərhələ üçün də ayrıca planlar hazırlanıb.