Xəbər verdiyimiz kimi, İstanbulun Levent bölgəsində İsrail konsulluğu qarşısında dünən silahlı insident baş vermişdi.
Medianews.az xəbər verir ki, hadisə zamanı polisə hücum edənlərdən biri öldürülmüş, iki nəfər yaralanmış, ümumilikdə 12 şübhəli saxlanılmışdı.
Hadisə ilə bağlı yeni görüntülər yayılıb. Kadrlarda şübhəlilərdən birinin Beşiktaşda polis tərəfindən mühasirəyə alınaraq qısa müddətdə saxlanıldığı anlar əks olunub.
Qeyd edək ki, hücum zamanı iki polis əməkdaşı da yüngül xəsarət almışdı, saxlanılan şəxslərlə bağlı istintaq davam edir.
Medianews.az