Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Kolumbiyaya 1:3 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib.
Medianews.az xəbər verir ki, italiyalı mütəxəssis komandası ilə oyuna nəzarət etməyə çalışdıqlarını, lakin Kolumbiya kimi güclü rəqibə qarşı bunun asan olmadığını bildirib.
Kannavaro bu qarşılaşmanın Özbəkistanın dünya çempionatları tarixində ilk oyunu kimi yadda qalacağını vurğulayıb. O, matçın komanda üçün faydalı təcrübə olduğunu, buraxılan səhvlər üzərində işləyəcəklərini qeyd edib.
Baş məşqçi ikinci hissədə daha yaxşı çıxış etdiklərini, lakin qapılarında daha bir qol gördüklərini də bildirib. Onun sözlərinə görə, əsas məqsəd Özbəkistanı dünya arenasında layiqincə təmsil etməkdir.
Qeyd edək ki, Özbəkistanın yer aldığı K qrupunda Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları da mübarizə aparır.
Medianews.az