Medianews.az
Kimlər nardan
100 baxış

Kimlər nardan ehtiyat etməlidir?

Diyetoloqlar Meqi Mun və Kelsi Lorens narın bəzi insanlar üçün sağlamlıq riskləri yarada biləcəyini bildirib.

Medianews.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, nar antioksidantlar, lif, C vitamini və kaliumla zəngin olsa da, hər kəs üçün eyni dərəcədə faydalı deyil.

Böyrək xəstələri – narın tərkibindəki yüksək kalium səbəbilə bu qrup insanlara ehtiyatla tövsiyə olunur.

Həzm problemi olanlar – nar və nar şirəsinin həddindən artıq qəbulu ishal kimi mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Diabet xəstələri – tərkibində təbii şəkər çox olduğu üçün ehtiyatlı istifadə edilməlidir.

Diyetoloq Lorens qeyd edib ki, narı tək halda deyil, məsələn, zülal və yağ mənbəyi olan yoqurtla birlikdə qəbul etmək qan şəkərinin daha stabil qalmasına kömək edə bilər.

Medianews.az

Bizə qoşulun