İran Ali Milli Təhlükəsizlik Şurasının öldürülmüş katibi Əli Laricaninin prezident seçkilərində namizədliyinin rədd edildiyi dövrə aid videosu yayılıb.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
İranlı ruhani Məhəmməd Mütəhhari paylaşımında bildirib ki, görüntülər 2020-ci il prezident seçkilərindən bir gün əvvəl Laricaninin kəndə getdiyi zaman çəkilib. O, həmin gün Laricanidən hansı mesajı vermək istədiyini soruşduğunu qeyd edib.
Mütəhhariyə görə, Laricani bu sualı tənqidi və sərt cavabla qarşılamayıb, əksinə yumorla “Ağac əkmək çox yaxşı bir şeydir!” deyə cavab verib.
Paylaşımda qeyd olunur ki, Laricani namizədliyinin rədd edilməsindən sonra siyasi mübahisələrdən uzaq qalmağa çalışıb, vaxtını daha çox akademik və mənəvi fəaliyyətlərə ayırıb.
Mütəhhəri onun son illərdə dağlarda uzun müddət düşünərək vaxt keçirdiyini, ibadət və oruc tutmağa isə xeyli vaxt ayırdığını vurğulayıb.//Bakıvaxtı.az