İranın Xarici İşlər Nazirliyi (XİN) İsrailin Livana hücumları və hava zərbələri nəticəsində altı iranlı diplomatın öldürülməsini pisləyib.
Bu barədə İran XİN-ə istinadən "Tasnim" agentliyi məlumat yayıb.
"İsrail ordusu cinayət törədərək İran diplomatlarının iqamətgahına hücum edib, ölkəmizin Livandakı diplomatlarından olan Seyid Məhəmmədrza Musəvi, Əlirza Biyazar, Məcid Həsəni Kəndəsər, Hüseyn Əhmədlu, Əhməd Rəsuli və Əmir Muradını öldürüblər",- XİN-in bəyanatında deyilir.
XİN-dən o da bildirilib ki, diplomatların iqamətgahına hücum beynəlxalq hüquqa ziddir.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumları başlayandan bir müddət sonra İsrail ordusu Livana hava zərbələrini intensivləşdirib. Bununla yanaşı, İsrail mexanikləşdirilmiş bölmələri Livana təxminən 5 kilometr irəliləyərək cənubdakı səkkiz yaşayış məntəqəsini üzərində nəzarəti ələ keçirib./Report