Medianews.az
Məbləğ ödənildi -
69 baxış

Məbləğ ödənildi - Qalmaqal başa

"Qanun" nəşriyyatı zəhmət haqqımdan kəsdiyi məbləği ödəməli oldu.

Medianews.az "Yeni Sabah"-a istindla xəbər verir ki, bunu tərcüməçi, jurnalist Arzu Qazıyeva sosial media hesabındakı paylaşımında yazıb.

"Yazdığım hadisənin geniş rezonans doğuracağını və marafon yaradacağını düzü gözləmirdim. 177 rəyin və naşirin saytlara cavabından sonra ikinci yazıma yazılan 38 rəyin hamısı narazılıq ifadə edirdi, böyük əksəriyyət mənim kimi oxşar formada üzləşdiyi münasibətdən gileylənmişdi.

Bu fakt üzə çıxardı ki, nəşriyyatın cığallığına tuş gələn tək mən deyilmişəm.

İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişindən Nüşabə xanım mənə zəng edəndə məsələnin bu qədər böyüyəcəyini heç düşünməmişdim.

Bu hadisənin aparıcı TV efirində işıqlanması əlbəttə ki, bir ictimai fiqurun nüfuzuna müsbət divident gətirməyəcəkdi.

Üstəlik, Şahbaz bəyin həyat yoldaşı, hörmətli Nigar xanımın məlum xəstəxana ilə məhkəmə çəkişməsinə görə ictimaiyyətdən haqlı olaraq dəstək istəməsi fonunda dərk olundu ki, ədalət naminə dəstək qazanmaq üçün öncə özün ədalətli olmalısan!

Beləliklə, nəşriyyatla bu səhifəni bağladıq.

Bu məsələdə həmrəyliyini göstərən, oxşar hekayəsi ilə mənə dayaq duran dostluğumda olan və olmayan hər kəsə ayrıca dərin minnətdarlığımı bildirirəm!" - deyə o bildirib.

Xatırladaq ki, Arzu Qazıyeva “Qanun” nəşriyyatın rəhbəri Şahbaz Xudoğlu haqqında ittihamlar irəli sürmüşdü.

O, Benjamin Qremin “Ağıllı sərmayədar” kitabını tərcümə etmək üçün nəşriyyatla qiymət məsələsində öncədən razılaşsa da, vəsaiti tam ala bilmədiyini bildirmişdi. 

Bizə qoşulun