Medianews.az
Mədə narahatlığını dərhal aradan qaldıran
120 baxış

Mədə narahatlığını dərhal aradan qaldıran təbii üsullar

Mədə bulantısı həm xəstəlik, həm də stress nəticəsində yarana bilər. Bəzən dərmanlar təsirsiz qalır, bu zaman təbii üsullar köməyə gəlir.

Medianews.az xəbər verir ki, təbii üsulları təqdim edir:

Zəncəfil: Təzə zəncəfili dilimləyib 5–10 dəqiqə isti suda dəmləyin və yavaş-yavaş için. “Gingerol” maddəsi mədə əzələlərini sakitləşdirir, yol tutması və yüngül narahatlıqlarda faydalıdır. İstəsəniz kiçik parçanı çeynəyərək də istifadə edə bilərsiniz.

Nanə çayı: Quru nanəni isti suda dəmləyin. Nanə mədənin düz əzələlərini rahatladır, spazmı azaldır və həzm narahatlığında təsirlidir.

Limonlu su: İsti suya bir neçə damcı limon əlavə edin. Limon mədənin tarazlığını bərpa edir və xüsusilə səhər bulantılarını yüngülləşdirir.

Çobanyastığı çayı: Qurutulmuş papatyayı isti suda dəmləyin. Papatya həm mədəni sakitləşdirir, həm də stres səbəbli bulantılarda rahatlıq verir.

Bu üsullar mədənin sakitləşməsinə və bulantının sürətlə azalmasına kömək edir.

Medianews.az

 

Bizə qoşulun