Medianews.az
Narkotik və fahişəlik dosyesi:
111 baxış

Narkotik və fahişəlik dosyesi: aktrisa ilə bağlı 7600 manatlıq ifşa...

İstanbulda məşhurların da adının hallandığı narkotik və fahişəlik istintaqı ilə bağlı yeni detallar üzə çıxıb.

Medianews.az xəbər verir ki, istintaq çərçivəsində saxlanılan şübhəlilərin prokurorluğa verdiyi ifadələrdə pul köçürmələri, yazışmalar və bəzi müəssisələrlə bağlı ciddi iddialar yer alıb.

Xüsusilə “Kitabxana” və “Terapiya” adlı məkanlar diqqət mərkəzinə düşüb.

İfadələrdə bildirilib ki, “Kitabxana” adlı müəssisədə narkotik vasitələrdən istifadə olunduğu iddia edilib. Lakin müəssisənin sahibi Ali Yaşar Koz bu ittihamları rədd edərək bildirib ki, belə hal baş versəydi, bundan xəbərdar olardılar.

Araşdırma zamanı şübhəli Yiğit Macit ilə aktrisa Aleyna Bozok arasında yazışmalar və pul köçürmələri də diqqət çəkib. Məlumata görə, Yiğit Macit Aleyna Bozoka 200 min TL (təxinən 7600 manat) göndərib və mesajında “100-100 böləcəyik” ifadəsini işlədib. Bu yazışmalar istintaqda fahişəlik iddialarını gücləndirən faktlar kimi qiymətləndirilir.

Digər mesajlarda isə Macitin “Pulu ödəyəcəyəm, mənə inan” kimi ifadələr işlətdiyi, Bozokun isə maddi sıxıntılar yaşadığını və kredit borcları ilə bağlı dəstək istədiyi qeyd olunur. Başqa bir yazışmada Bozokun “Pul üçün heç kimlə heç nə etməyəcəyəm” dediyi də ortaya çıxıb. O, ifadəsində pul köçürmələrinin xəstəliyi səbəbilə edilən yardım olduğunu bildirib.

İstintaq çərçivəsində “Terapiya” adlı müəssisənin sahibi Deniz Metin Yüksel də ifadə verib. O, marixuana istifadə etdiyini etiraf edib və maddəni Telegram qrupları vasitəsilə əldə etdiyini bildirib.

Hazırda istintaq davam edir, iş üzrə yeni ifadələrin və sübutların toplanması istiqamətində araşdırmalar genişləndirilir.

Medianews.az

Bizə qoşulun