Medianews.az
Nazir Xalq artistinin qardaşı oğluna vəzifə verdi -
53 baxış

Nazir Xalq artistinin qardaşı oğluna vəzifə verdi - FOTO

Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən və Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya Liseyinə yeni direktor təyin olunub.

Nazir Fərid Qayıbovun müvafiq əmri ilə sözügedən vəzifəyə Hikmət Babayev gətirilib.

Xəbəri liseydən təsdiqləyiblər.

Qeyd edək ki, Hikmət Babayev bu vəzifəsindən əvvəl gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb. O, mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur./qaynarinfo/

Nazir Xalq artistinin qardaşı oğluna vəzifə verdi - FOTO

Bizə qoşulun