Medianews.az
İTV-nin baş direktoru vəzifəsinə kimlər iddia edir?
146 baxış

İTV-nin baş direktoru vəzifəsinə kimlər iddia edir?

Aprelin 27-dən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə sənəd qəbulu başlanıb. Sənəd qəbulu mayın 8-də bitəcək. Baş direktor vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini mayın 8-i saat 18-dək Audiovizual Şuraya təqdim etməlidirlər.

Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovdur. O, ilk dəfə 2018-ci ildə bu vəzifəyə seçilib. 2022-ci ildəki seçki zamanı postunu qoruya bilib. Baş direktorun təkrar seçilmək hüququ var.

Baş direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvləri səsvermə yolu ilə 4 il müddətinə seçirlər.

Baş direktorun seçilməsi üçün Yayım Şurasının 9 üzvündən azı 6-nın səsi lazımdır.

Baş direktor heç bir siyasi partiyanın üzvü ola bilməz.

Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə kimlərin namizədliyi qeydə alınıb?

Bunu öyrənmək üçün Medianews.az Audiovizual Şuraya sorğu ünvanlayıb.

Qurumdan sayta bildirilib ki, namizədlərin müraciəti məxfi informasiya sayılır və qanun onların şəxsi məlumatlarının paylaşılmasına yol vermir.

Medianews.az

Bizə qoşulun