Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində üç penaltini qola çevirə bilməyən ilk futbolçu olub.
Medianews.az xəbər verir ki, bu barədə Sport24.ru-ya məlumat yayıb.
2026-cı il dünya çemopionatının (DÇ-2026) qrup mərhələsində Avstriya yığmasına qarşı keçirilən matçın 9-cu dəqiqəsində 38 yaşlı argentinalı 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib və topu Aleksander Şlaqerin qoruduğu qapının yanından qırağa vurub.
Oyunsonrası penaltilər seriyası nəzərə alınmamaqla, bu, Messinin dünya çempionatlarında vura bilmədiyi üçüncü penaltidir. O, daha əvvəl DÇ-2018-də İslandiya və DÇ-2022-də Polşa ilə oyunlarda da penaltini qaçırmışdı.
Messi dünya çempionatlarında həm yerinə yetirilən (7 penalti), həm də qola çevrilməyən (3 penalti) 11 metrlik cərimə zərbələrinin sayına görə rekordçudur.