Medianews.az
​“Qalatasaray” 20 yaşlı milli ulduzla anlaşdı
110 baxış

​“Qalatasaray” 20 yaşlı milli ulduzla anlaşdı

Transfer hazırlıqlarını davam etdirən İstanbulun “Qalatasaray” klubu Türkiyə millisinin gənc futbolçusu Can Uzunun keçidində mühüm irəliləyiş əldə edib.

Medianews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. İstanbul təmsilçisinin futbolçu və ailəsi ilə ilkin razılığa gəldiyi açıqlanıb. Hazırda sarı-qırmızılıların rəhbərliyi oyunçunun klubu “Ayntraxt Frankfurt”la danışıqlar aparır.

Bildirilir ki, Almaniya klubu Can Uzunun müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma bəndini gündəmə gətirsə də, tərəflər ortaq məxrəcə gəlmək üçün danışıqları davam etdirirlər. İddialara görə, 20 yaşlı yarımmüdafiəçi də Dünya Çempionatından sonra klubundan transfer prosesində jest etməsini istəyəcək. Klublar arasında razılıq əldə olunacağı təqdirdə, transferin qısa müddətdə rəsmiləşəcəyi gözlənilir.

Bizə qoşulun