Medianews.az
"Nyukasl Yunayted"in futbolçusu "Qarabağ"la
59 baxış

"Nyukasl Yunayted"in futbolçusu "Qarabağ"la oyundan əvvəl zədələnib

"Nyukasl Yunayted"in futbolçusu Bruno Gimarayns zədələnib.

Oxu.Az xəbər verir ki, bunu komandanın baş məşqçisi Eddi Hau İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində "Mançester Siti"yə qarşı matçdan əvvəl mətbuat konfransında deyib.

O bildirib ki, zədə səbəbindən Bruno Gimarayns bu oyunda iştirak edə bilməyəcək. Lakin həftəsonu Premyer Liqada "Brentford"a qarşı keçirilən oyunda iştirak etməsi üçün şans var.

Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

Bizə qoşulun