Medianews.az
Qaçırılan mədənçilərin 5-nin meyiti
126 baxış

Qaçırılan mədənçilərin 5-nin meyiti gizli məzarda tapılıb

Meksikanın Sinaloa ştatında naməlum silahlı şəxslər tərəfindən qaçırılan 10 mədənçidən 5-nin meyiti gizli məzarda aşkarlanıb. Hadisənin yanvarın 23-də baş verdiyi bildirilir.

Medianews.az yerli mediaya istinadən xəbər verir ki, meyitlər Konkordiya qəsəbəsində yerləşən gizli dəfn yerində tapılıb.

Mədənçilərin cinayətkar dəstə üzvləri ilə səhv salındığı qeyd olunur.

İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuch hadisə ilə bağlı 4 nəfərin saxlanıldığını açıqlayıb. Onun sözlərinə görə, saxlanılan şəxslər “Los Çapitos” qruplaşmasının üzvləridir və mədənçiləri rəqib “Los Mayos” dəstəsinin üzvləri ilə səhv salıblar.

Bildirilir ki, hər iki qruplaşma arasında narkotik marşrutlarına nəzarət uğrunda silahlı toqquşmalar davam edir.

Meksika Federal Baş Prokurorluğu faktla bağlı genişmiqyaslı istintaqa başlayıb.

Medianews.az

Bizə qoşulun